Yuxarı

FOREX NƏDİR?

Qısaca desək, valyuta məzənnəsi, bir pul vahidinin fərqli bir pul vahidinə qarşı olan dəyər dəyişməsini ifadə etməkdədir.

Terminoloji mənası

Forex sözü “Foreign Exchange” sözlərinin qısaldılmasından əmələ gəlmiş və lüğəti mənası “Valyuta arbitrajı” olaraq təsvir edilməkdədir. Daha qısaldılmış halı isə FX olaraq ədəbiyyata daxil olmuşdur. Ancaq Forex sözü xalq dilində geniş şəkildə Valyuta Ticarəti mənasında istifadə edilməkdədir.

 

İzləyəcəyiniz Forex Nədir videosu ilə valyuta bazarında gəlir əldə etmək məqsədiylə edilən spekulyativ Forex əməliyyatları üçün Forex bazarını daha yaxından tanıya bilərsiniz.

 

Həyatdan kiçik bir nümunə

Əslində bir çoxumuz gündəlik həyatımızda FOREX əməliyyatlarını fərqində olmadan etməkdəyik. Ən sadə nümunəsi, xaricə getdiyimiz zaman, gedəcəyimiz ölkənin pul vahidini əldə etmək üçün bir miqdar pulu həmin ölkənin pul vahidinə mübadilə edərək alırıq. Geri döndüyümüzdə həmin pulu heç xərləmədiyimizi düşünün və valyuta bürosundan aldığımız valyutanı sataraq Manata çevirin. Döndüyümüzdə, əgər pulun dəyəri bizim xeyrimizə dəyişibsə əvvəlkindən daha çox Manat ala biləcik, bu reallaşdırdığımız əməliyyat əslində spekulyativ məqsədli olmayan bir valyuta ticarətinin və bizim üçün sərfəli nəticələnən bir Forex əməliyyatı hesab etmək olar.

FOREX-İN ÜSTÜNLÜKLƏRİNİ FÜRSƏTƏ ÇEVİRİN
TƏLİM HESABI AÇMAQ ÜÇÜN DAXİL OLUN

Forex əməliyyatları əvvəllər necə idi?

Spekulyativ məqsədli əməliyyat, yuxarıda nümunəsini verdiyimiz ssenarini, yəni, məzənnələrin dalğalanmasından faydalanaraq valyuta bazarında gəlir əldə etmək deməkdir. Bu əməliyyatı etmək üçün normal şərtlər altında, əlimizdə fiziki olaraq pul vahidi, bir valyuta bürosuna və ya bir bank şöbəsinə aparıb, exchange, yəni mübadilə etməyimiz lazımdır. Deyək ki əlində Manat saxlayan bir investorsunuz. Ancaq ölkədə iqtisadi mənada işlərin yaxşı olmadığını düşünürsünüz. Bu şərtlər ilə birlikdə önümüzdəki dövrdə Manatın Dollar qarşısında dəyər itirəcəyini təxmin edirsiniz. Bu vəziyyətdə əlinizdəki Manatı Dollara çevirmək üçün Valyuta Bürosuna gedib, Manat qarşılığında o ankı DOLLAR / AZN məzənnəsi ilə AZN satıb, Dollar alarsınız. Beləliklə, manatın dəyərdən düşmək riskindən özünüzü qorumuş olarsınız. Manatla bağlı gözləntiləriniz 2-3 ay içərisində reallaşar və Dollar / AZN qarşısında dəyər qazandıqdan sonra, manatın güclənəcəyinin şahidi olarsınız. Dəyişən şərtlərlə, əlinizdəki Dollar ilə valyuta bürosuna gedib pulunuzu təkrardan Manata dəyişdiyiniz an, yüksək dollar qiymətindən satış edəcəyiniz üçün əlinizdə daha yüksək bir miqdarda Manat olacaq. Bu valyuta əməliyyatı strategiyalarının və gözləmələriniz istiqamətində sizə pul qazandırmış və əslində spot bazarda birə bir nisbətdə bir Forex əməliyyatı etdirmiş sayılır.

Oxşar əməliyyatları böyük təşkilati investorlar, daha böyük əməliyyatları telefon üzərindən brokerlər vasitəsi ilə banklar arası bazarlarda edirdilər.

Forex bazarının yaxın dövrdəki inkişafı

forex nedir

FOREX bazarı, xüsusilə texnologiyanın 90-cı illərin ikinci yarısından sonrakı inkişafıyla birlikdə, inkişaf etdirilən elektron platformaların yayılması sayəsində, 2000-ci illərin əvvəlindən etibarən Forex-in məşhur bir investisiya vasitəsi olmasına səbəb oldu. Məhşurlaşmadakı ən böyük faktor, ən kiçik investorun belə beynəlxalq valyuta bazarlarına canlı olaraq bağlana bilməsi və bir broker kimi əmrlərini ekran üzərindən hər hansı bir fiziki vasitəçi olmadan sürətli şəkildə həyata keçirməsidir. Ayrıca, Kredit çiyni faktoru kiçik yatırımçını cəzb edən ən böyük faktorlardandır. Çünki sistemin kredit çiyinli olması, investisiya miqdarı üçün ayırılacak məbləğin hamısına sahib olmanızı tələb etmir. Məsələn, 100.000$ qarşılığında Euro alışı üçün əlinizdə bu böyüklükdə bir pulun olması lazım deyil. Əgər Forex bazarında 1:100 Kredit çiyni ilə ticarətə qoşulmusunuzsa, bu zaman sizə 1000$ ilə 100.000$-lıq bir mövqe açmaq imkanı verilir. Bu imkan, 2000-ci illərin əvvəlindən etibarən Forex bazarına təcrübəli investorlardan başqa, kiçik yatırımçıların da bazara daxil olmalarına zəmin yaratdı.

Platformaların hər evə və hər iş yerində kompüterlərə yüklənə bilməsi və platformalar üzərindən anlıq online olaraq əməliyyat edilməsi, investorların artıq Valyuta bürolarına və ya bank şöbələrində getmələri lazım bilinmir. Sistemin isə kredit çiyinli olması, fərdlərin fiziki mənada Valyuta bürolarına pul daşımasına ehtiyac duyulmur. Yüksək məbləğlərdə fiziki pul daşımanın çox yerdə risk olduğunu düşünsək, elektronik mühitdə edilən bu əməliyyatların cazibəsinin artmasında faktor rolu oldu.

Günümüzün Forex Bazarı

Forex bazarında əməliyyatda olan valyutalar üç əhəmiyyətli qrupa ayrılır

  1. Major Pul vahidləri
  2. Minor Pul Vahidləri
  3. Ekzotik Pul Vahidləri

Dünyada 7 əsas pul vahidi var. Bunlar sırasıyla ABŞ dolları, Avro, İngilis sterlinqi, İsveçrə frankı, Yapon Yeni, Avstraliya dolları və Kanada dollarıdır. Bu pul vahidlərindən major və minor valyuta cütləri yaradılmışdır.

Forex bazarı, Over The Counter, (OTC) dəzgah üstü olaraq adlandırılan bir bazardır. Mütəşəkkil birjalar kimi fiziki bir mərkəzi yoxdur. Bunun mənası tək bir yerdən idarə edilmir və tək bir əmr mərkəzi yoxdur. İnternet şəbəkəsi olan hər kəs bu bazara girişi təmin edə bilər və aktiv bir investor ola bilər.

Forex bazarı indiki vaxtda artıq yalnız pul vahidləri deyil, Qızıl, Gümüş, Mis kimi qiymətli metallardan, Buğda, Mis, Pambıq, Şəkər kimi əmtəə məhsullara, həmçinin, neft, qaz kimi enerji qrupu məhsullarından, Dow Jones, DAX kimi Birja indeksləri və ona bağlı digər Birja indeks hissələrinə qədər uzanan yüzlərlə aləti özündə birləşdirməkdədir. Forex bazarında cütlük, Dollar əsaslı Qızıl və Gümüş məhsullar xaric digər bütün əmtəə, enerji, indeks və hissəyə bağlı məhsullar CFD kateqoriyası içərisində iştirak etməkdədir. CFD məhsullarının bir çoxu vədəli əməliyyatlar və opsiyon birjalarında əməliyyat edən ən yaxın müddətli kontraktları əsas götürür.

Paylaş