Yuxarı

MetaTrader mobil

MetaTrader mobil

Texnologiyanın inkişafıyla birlikdə IOS və ya Android ağıllı telefonlara və tabletlərə yüklənə bilən MetaTrader MT4 tətbiqləri ilə hesabınıza istədiyiniz yerdən anlıq olaraq çatmaq artıq daha asan. Beləliklə internetə bağlı olduğunuz hər an, hər yerdən hesabınıza asanlıqla giriş edə, istədiyiniz zaman əmr verə və bazarı anlıq olaraq olduğunuz yerdən canlı olaraq təqib edə bilərsiniz.

Günümüzün texnologiyası ilə mobilləşmənin gətirdiyi tələblər sayəsində ağıllı cihazlar içində “mobil apps” sürətlə inkişaf etdirilərək mobil həyata uyğunlaşmaya hədəflənmişdir. MetaTrader 4 Mobil proqramı yatırımlarınızı qüsursuz bir şəkildə mobil tətbiqlər üzərindən hesablarınıza anlıq olaraq giriş edərək etibarlı bir şəkildə əməliyyatlarınızı reallaşdırmaq fürsətini təqdim edir.

MetaTrader mobil platformasının özəllikləri

MetaTrader 4 ticarət platforması sistemi ilə tam uyğunluq

MetaTrader 4 Platformasının mobil tətbiqini, Apple Store və Google Play Store vasitəsilə IOS və Android əməliyyat sistemli cihazlarınıza asanlıqla yükləyə bilərsiniz. Ağıllı telefonlar və ya tabletlərinizə quracağınız MetaTrader mobile tətbiqi, Meta Trader 4 platformasının bir çox xüsusiyyətlərini özündə saxlayır. MetaTrader Mobile ilə istədiyiniz yerdən bazarlara daxil olmaqla  24 saat ərzində fasiləsiz əməliyyat edə bilərsiniz.

Canlı qiymətlər

Mobil tətbiqlər sayəsində ev və ofisinizdəki fərdi kompüterinizdən uzaq qalsanız belə bazarlardakı anlıq qiymət dəyişmələrini hər yerdən canlı olaraq təqib edə bilərsiniz. Bu imkan sayəsində yatırımlarınız üçün canlı qiymətlər artıq tamamilə əlinizin altındadır.

Qrafik üzərində əmr verə bilmə

MetaTrader Mobil tətbiqinin aktuallaşan yeni versiyalarında artıq qrafik üzərindən də əmr verə bilmə imkanına sahibsiniz. Bu xüsusiyyət ilə bazarda artıq daha sürətli əməliyyat edə bilərsiniz.

Gözləyən əmrlər daxil olmaqla bütün əmr növləri

Mobil tətbiqinin əməliyyat nişanında açıq və gözləyən bütün mövqelərinizi görə, anlıq gəlir-zərər vəziyyətinizi təqib edə, bazarlardakı hərəkətliliyə bağlı olaraq açıq və gözləyən əmrlər üzərindəki zərəri dayandır (Stop Loss) və gəlir götür (Take Profit) səviyyələrini asanca təyin edə bilərsiniz.

Optimallaşdırılmış YÜKSƏK SÜRƏTLİ qrafiklər

Mobil tətbiqinə inteqrasiya edilən qrafiklər sayəsində artıq investorlar, kompüterlərə qurulan platformalardakı qədər funksional bir qrafiklər görə bilərlər. Bu optimallaşdırma sayəsində Mobil cihazlarda belə qrafiklər üzərində çox rahatlıqla texniki analiz vasitələrini istifadə edərək analiz edə bilərsiniz.

Yaxınlaşdırma və sürüşdürmə xüsusiyyətinə sahib canlı qrafikləri

Qrafiklər üzərində yaxınlaşdırma və sürüşdürmə xüsusiyyəti əvvəlki qiymət hərəkətlərinin asanca tapmaq imkanını verir. Ayrıca platformalar tərəfindəki zoom in, zoom out xüsusiyyətinin mobil ekranlarına gətirilərək sərmayəçilərə böyük rəsmi və kiçik rəsmi daha ətraflı şəkildə təhlil edə bilmə imkanını təqdim edir. Digər tərəfdən zaman kəsikləri arasındakı keçişlər sonrası istifadə edilən bu xüsusiyyətlər sayəsində investorlar canlı qrafikləri mobil tərəfindən dərindən analiz etmə fürsətini malik olur.

30 fərqli texniki analiz göstəricisi

Ən məşhur 30 ədəd texniki indikator və 24 fərqli analitik obyekti qrafikə əlavə edə bilərsiniz. İnvestorlara böyük üstünlük verən bu xüsusiyyətlər sayəsində istifadəçilər mobil qurğular üzərindən ətraflı texniki analiz etmək qabiliyyətinə malik ola bilərlər.

9 fərqli zaman kəsiyində qrafikləri analiz edə bilmə

İnvestorlar 1 dəqiqəlik, 5 dəqiqəlik, 15 dəqiqəlik, 30 dəqiqəlik, 1 saatlıq, 4 saatlıq, gündəlik, həftəlik və aylıq olmaqla, 9 fərqli zaman kəsiyində qrafikləri müşahidə edə bilərlər.  

Hesabat

İnvestorlar tarix bölməsindən gündəlik, həftəlik, aylıq və ya istədiyi zaman aralığını seçərək reallaşdırdığı əməliyyatların hesabatlarını görə, açılan və bağlanan bütün mövqelərin qiymət səviyyələrini təqib edə və gəlir-zərər hesabatlarını izləyə bilərlər.

Paylaş