Yuxarı

MetaTrader Web

MetaTrader Web

Öz ofisinizdə və ya evinizdə deyilsiniz?

Yanınızda Mobil cihazın və ya tabletinizin də olmadığını fərz edək.

Narahat olmayın!

Olduğunuz yerdəki hər hansı bir kompüterdən proqram yükləməyə gərək qalmadan, istədiyiniz bir “web browser”-dən WebTrader-ə daxil olaraq əməliyyatlarınızı reallaşdıra bilərsiniz.

WebTrader hesabınızı, kompüter ilə internetə bağlanaraq istədiyiniz yerdə idarə edə bilər, qrafikləri araşdırıb analiz və portfelinizi təqib edə bilərsiniz.

Meta Web Trader dərhal MT4 platforması üzərindəki bütün xüsusiyyətləri içərisində saxlayaraq yatırımçılara geniş imkan təqdim edir.

WEB TRADER-Ə DAXİL OL

Meta WebTrader-in özəllikləri

MetaTrader 4 əməliyyat platforması sisteminə tam uyğunluq

MetaTrader Web, Meta Trader 4 əməliyyat platformasının bir çox xüsusiyyətlərini özündə saxlamaqdadır. MetaTrader Web ilə istədiyiniz yerdən bazarlara hər hansı bir “web browser” ilə daxil olaraq 24 saat ərzində fasiləsiz əməliyyat edə bilərsiniz.

Web browser-dən birbaşa yatırım

Kompyuterinizə proqram yükləməmişdən qabaq hər hansı bir “web browser” üzərindən hesabınızı sürətli bir şəkildə izləyə bilər, mövqelərinizə nəzarət edə və ya əməliyyatlarınızı reallaşdıra bilərsiniz. Əlavə bir proqrama ehtiyac olmadan hesabınıza bağlanaraq, MetaTrader 4 əməliyyat platformasının bir çox xüsusiyyətlərindən “web browser” vasitəsilə yararlana bilərsiniz.

Hər əməliyyat sisteminə uyğun

Windows, Linux və Mac kimi bütün əməliyyat sistemlərinə uyğun Internet Explorer, Firefox, Chrom, Yandex və Safari kimi aktual “web browser” ilə investisiya hesabınıza sürətli şəkildə daxil ola bilərsiniz.

Əməliyyat platforması qurmağınıza gərək yoxdur

İnternet browser üzərindən bağlanacağınız investisiya hesabınız üçün kompüterinizə əməliyyat platforması qurmağınıza gərək yoxdur. Xüsusilə şəxsi kompüteriniz olmayan başqa kompüterlərdə istifadə ediən MetaTrader Web son dərəcə praktikdir.

Asan və sadə istifadəçi interfeysi

İstifadəçi dostu olan interfeyslər sayəsində yatırımçılara sadə bir istifadə üstünlüyü təqdim edilir. Mürəkkəb olmayan quruluşuyla, asan və aydın menyuları ilə yeni başlayanlardan peşəkarlara kimi böyük bir yatırımçı kütləsinə xitab edilir.

Bazar izləmə bölməsi ilə canlı bazar qiymətləri

MetaTrader 4 ticarət platformasına son dərəcə oxşar olan Meta Trader Web platforması, yatırımçılara fərqlilik olmaması üçün dizayn edilmişdir. Bazar izləmə bölməsində əməliyyat edəcəyiniz valyuta, əmtəələr və indekslər kimi investisiya alətlərinə nəzər yetirə bilər, bazarlardakı anlıq qiymət dəyişmələrini asanlıqla təqib edə bilərsiniz.

Tək kliklə əməliyyat etmə imkanı

MetaTrader Web ilə tək klik əməliyyatları, hesabınızda sürətli alış-satış əməliyyatlarını həyata keçirməyə imkan verir. Tək klik ilə əməliyyat edə bilmə funksiyası xüsusilə sürətli hərəkət edən Forex bazarlarında investorlar üçün lazım olan xüsusiyyətlərdəndir.

Etibarlı məlumat qoruma

Öz kompüterinizdən başqa sizə aid olmayan kompüterlərdə istifadə etmə zəruriliyi meydana gəldiyi vəziyyətlərdə MetaTrader Web sizlərə son dərəcə etibarlı bir mühit yaradır. Etibarlı alt quruluşu ilə məlumatların qorunması sahəsində ən son texnologiyanı istifadə edilir. Bütün əməliyyat fəaliyyətlərinin gizliliyi RSA 1024 bit və RSA 2048 bit sistemləri tərəfindən dəstəklənir.

30 fərqli texniki analiz göstəricisi

Ən məşhur 30 ədəd texniki indikatoru və 24 fərqli analitik obyekti qrafikə əlavə edə bilərsiniz. Yatırımçıların böyük üstünlük verdiyi bu xüsusiyyətlər sayəsində istifadəçilər mobil qurğular üzərindən ətraflı texniki analiz edə bilmə imkanına sahibdirlər.

Paylaş