Yuxarı

Peşəkarlar üçün Forex tədrisi

Peşəkarlar üçün Forex tədrisi

Maliyyə bazarlarında təcrübəlisiniz, ancaq, qazancınızı artırmaq üçün bazara daha fərqli bir baxışdan baxmaq istəyirsiniz, nəzəriyyə inkişaf etdirib, bazara daha fəlsəfi ölçüdən baxıb artıq real peşəkar investor olmaq istəyirsiniz. O zaman bu tədris tam sizə görədir!

Elliot dalğa nəzəriyyəsi

Normal dərəcədə texniki analiz məlumatınız var və bunu daha da təkmilləşdirmək istəyirsiniz. Elliot Dalğa Nəzəriyyəsi, qrafiklərə baxış bucağınızda daha fərqli bir ölçü yaradacaq. Yatırımlarınıza Elliot Dalğa Nəzəriyyəsi ilə daha geniş bir perspektivdən baxma imkanını əldə edin. Bu sizə trendləri daha doğru bir şəkildə təxmin etmə imkanı verəcək. Beləliklə əməliyyat strategiyalarınızda daha fərqli dünyagörüşləri ilə fərqlilikləri görməyə başlayacaqsınız. Bu sizin daha professional investor olmağınızı təmin edəcək.

Tədris proqramındakı ən əhəmiyyətli mövzuları Elliot nəzəriyyəsinə giriş ilə birlikdə Başlanğıc qaydaları, Dalğa nəzəriyyələri, Dalğaların kombinasiyası və Trend kanalı üsulları öyrəniləcək ilk mövzular olaraq qarşımıza çıxır. Fibonaççi dalğa sayı düzülüşü, Qızıl nisbət, Nisbətli analizləri və Dalğa əlaqələri kimi mövzular isə sizlərə daha dərin məlumatlar çatdıracaq.

Bu tədris, bazarlarda əməliyyat edən təcrübəli investorlar üçün dizayn edilmişdir. Normal texniki analizə görə daha geniş və əhatəli analiz üsulları ilə nəzəriyyəni inkişaf etdirə bilmə bacarığınızı ən üst səviyyəyə çatdıra biləcəksiniz. Əsas məqsəd, inkişaf etdirilən nəzəriyyə bacarığınız ilə sizlərin bazarda daha şüurlu və özünə inamlı investisiya reallaşdırmasını təmin etməkdir.

Xaos nəzəriyyəsi

Peşəkar investorlar, hal hazırda Xaos nəzəriyyəsi ilə uğurlu olan və strategiyalarını inkişaf etdirməkdə digər yatırımçılar ilə müqayisədə daha fərqli düşünə bilən, qiymət hərəkətlərinin istiqamətlərini daha əvvəldən təxmin edə bilən, fərqli fəlsəfi dünyagörüşləriylə investisiyalarına fərqli bir ölçü qatanlardır. Sizlərində bu səviyyədə bir investor ola bilməyiniz üçün əvvəlcə özünüzü yaxşı tanımağınız, təcrübəli investor olmağınız, investisiya anlayışını və investisiya reallığını çox yaxşı qavramağınız lazımdır.

Tədrisin əsas məqsədi, maliyyə bazarlarında ticarət edən yatırımçılara yeni yanaşmalar və analiz üsullarını təqdim edərək, yeni dünyagörüşləriylə bazar proqnozlarını daha peşəkar bir səviyyədə reallaşdıra bilmələrini təmin etməkdir. Bu fərqli fəlsəfi dünyagörüşləri, sizləri bir çox bazar yatırımçısından fərqləndirəcək və uzun müddətli bir peşəkar treyder olaraq qalmağınızı təmin edəcək.

Peşəkar Treyderlər üçün tədrislər, InvestAZ Şirkətinin Baş ofisində həyata keçirilir. Tədris, investisiya təcrübəsi olan, investisiya vasitələrini yaxşı tanıyan və aktiv şəkildə əməliyyat edən investorlar üçün uygundur. Tədrislər peşəkar təlimçilər tərəfindən verilir.

Paylaş