Yuxarı

Təcrübəlilər üçün Forex tədrisi

Təcrübəlilər üçün Forex tədrisi

Forex Maliyyə bazarlarında başlanğıc səviyyədəki biliklərinizi orta səviyyəyə kimi yüksəltməyə nail olduqdan sonra, bu bazarda daha təsirli bir quruluş meydana gətirərək qalıcı olmaq istəyirsiniz? O zaman başlanğıc Analiz və Texniki Analiz məlumatlarınızı üst səviyyəyə yüksəltməyiniz lazımdır.

Başlanğıc analiz

Bazardakı iqtisadi dəyişiklikləri daha doğru bir şəkildə şərh etmə, iqtisadi təqvim əsasında bütün qiymət dəyişikliklərini analiz edə bilmə mövzusunda prioritetli olaraq Başlanğıc analiz bacarığınızı və geniş baxış bucağınızı orta-uzun müddətli strategiyalarınızda daha da inkişaf etdirmək istəyirsinizsə, Başlanğıc analiz tədrisi sizlərin məlumat səviyyəsini üst dərəcəyə çatdırmaqda yardımçı olacaq. Beləliklə investisiya dünyasına daha geniş bir çərçivədən baxaraq daha çox məlumata sahib olacaqsınız.

Bu tədrisdə, xüsusilə, Forex bazarlarında ticarət edən investorlar üçün son dərəcə əhəmiyyətli olan Mərkəzi bankların iclasları, açıqlamaları, protokolları və bazara olan təsirlərini analiz edə bilmə bacarığınıza əlavə olaraq siyasi hadisələrin, ölkənin pul vahidləri üzərindəki təsirlərini şərh etmək bacarığını əldə edəcəksiniz. Bundan başqa İqtisadi təqvimi doğru bir şəkildə şərh edə bilmə və bu göstəricilərin hər birinin bazara olan təsirlərini analiz etmək, buna bağlı əməliyyat strategiyasını doğru şəkildə qurmaq fürsəti tapacaqsınız.

Başlanğıc analiz tədrisi, bazara yeni başlayan yatırımçı namizədlər üçün iqtisadi məlumatlardan yararlanmaqda faydalı olmaqla birlikdə, maliyyə bazarlarında bir az daha təcrübə qazanmış yatımçılar üçün bazarı oxumaq bacarığını inkişaf etdirmə imkanı yaradır. Başlanğıc analiz tədrisindəki əsas məqsəd investorların maliyyə bazarlarına təsir edən hadisələri doğru şəkildə analiz etmələrinə köməkçi olmaqdır. Beləliklə Ümumi İqtisadiyyat qanunlarındakı mexanizmin investorlar tərəfindən qiymətləndirilməsi daha doğru ediləcək və investorların əməliyyat strategiyalarında daha məqsədəuyğun qərarlar almalarına köməkçi olacaq.

Texniki analiz

Texniki analiz tədrisləri, bazarda peşəkar investor ola bilməyiniz üçün, özünüzü inkişaf etdirməyiniz lazım olan ən əhəmiyyətli sahələrdən biridir. Bazarda qiyməti meydana gətirən ən əhəmiyyətli faktorların başında Texniki dinamikalar durur. Başlanğıc dinamikalar ümumiyyətlə qiymət hərəkətinin başlanmasını təmin edərkən, fundamental analiz üsulları ilə qiymətləndirmə səviyyələrini nəzərdə tutulan hala gətirmək imkanı əldə etmiş olarsınız.

Texniki analiz tədrisində Qrafiki analiz bacarığınızı inkişaf etdirərk daha fərqli baxış bucaqlarından baxa biləcəksiniz. Bununla birlikdə, Trend əmələ gəlməsini, onlarla indikatorların və göstəricilərin köməyi ilə bazarı texniki baxımdan analiz bacarığınızı inkişaf etdirmə imkanı tapacaqsınız.

Texniki Analiz tədrisi, investisiya əməliyyatlarına həm yeni başlayanlar həm də maliyyə bazarlarında hazırda əməliyyat edən və əməliyyat strategiyalarını texniki baxımdan daha çox inkişaf etdirmək istəyənlər üçün uyğun bir tədris proqramıdır. Bazarda mövcud olan qiymət hərəkətlərini texniki analiz köməyi ilə proqnozlaşdıra və doğru bir şəkildə təxmin edə bilmək ən böyük məqsədlərdən biridir. Texniki analiz bacarığınızı inkişaf etdirməyiniz bazarda uğurlu olmağınızı əhəmiyyətli ölçüdə artıracaq və daha təsirli bir yatırımçı olaraq peşəkarlığa ilk addımlarınızı atmış olacaqsınız.

Təcrübəli investorlar üçün tədrislər, InvestAZ şirkətinin baş ofisində həyata keçirilir. Texniki və Fundamental analiz dərsləri, peşəkar təlimçilərimiz tərəfindən öyrədilir.

Paylaş